Gələn il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılıb.
Mia.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.
Bildirilib ki, sosialyönlü xərclər siyahısına büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər, o cümlədən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutur.
Sənəddə qeyd olunub ki, bu 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz, 2023-cü ilin icrası ilə müqayisədə isə 2560,5 milyon manat və ya 17,8 faiz çoxdur.
Bununla yanaşı "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın maliyyələşdirilməsi çərçivəsində növbəti il üçün sosialyönlü xərclərlə bağlı 892,6 milyon manat vəsait proqnozlaşdırılıb.