İordaniyanın Aqaba şəhərinə “uçan naməluim obyekt” düşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İordaniya ordusu rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, ölkənin cənubunda yerləşən Aqaba şəhərinə düçən "obyekt”lə bağlı araşdırma başlayıb: "Hərbi və kəşfiyyat qüvvələri əraziyə göndərilib, araşdırma gedir".
Ordu rəsmiləri əraziyə düşən obyektin PUA, yoxsa Uçan Naməlum Obyekt (UNO olduğunu nə təkzib-nə də təsdiq ediblər.
Yalnız o deyilib ki, hadisə can və ya mal itkisinə səbəb olmayıb.
İordaniya mediası isə yazır ki, sözügedən ərazi Yəməndə husilər və “İraq İslami Müqaviməti” adlı milis qruplaşmasının tez-tez hədəf aldığı İsrailin Eliat qəsəbəsiylə həmsərhəddir: "Ola bilər ki, əraziyə düşən husilərin kustar üsulla hazırladığı partlayıcı dolu "şar balonu"dur..."
Tahir Şəlvəli
MİA.AZ