Bu gün Yaponiyanın Kaqosima prefekturasının Yakusima adasının sahillərində güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Yakuşima adasından 151 kilometr cənub-şərqə təsadüf edib: "Dərinliyi 10 kilometr olaraq qeydə alınan 6,2 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb".

Tahir Şəlvəli

MİA.AZ