Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın paytaxtı Daşkənd şəhərindən ev hədiyyə edilib.
Bu barədə aparıcı Zaur Baxşəliyev “Zaurla günaydın” verilişində deyib: "Daşkənddəki evləriniz mübarəkdir. Əvvəl Gülyanağa, indi isə sizə Daşkənddə ev verdilər. Özbəkistanın "Xalq artist"lərisiniz, verməlidirlər".
G.Məmmədova aprıcıya belə cavab verib: "Siz bunu haradan bilirsiniz? Təəccübləndim".
Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovalar həm də Özbəkistanın Xalq artistləridir.