İsrail döyüş təyyarələri bu gün Qəzza zolağını növbəti dəfə bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 2-si uşaq olmaqla, azı 13 fələstinli həyatını itirib.
Qəzza Mülki Müdafiə İdarəsindən bildirilib ki, Rəfah, cənubdakı Mevasi bölgəsində dağıntılar altında qalanlar var: "Onların sağ olub-olmadığını bilmirik. Hazırda minimum imkanlarla xilasetmə işləri aparırırq"
Tahir Şəlvəli
MİA.AZ