Bu gün İordan çayının qərb sahilində daha 12 fələstinlini həbs edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstinli Əsirlər Dərnəyi bəyanat yayıb.
Bəyanatda İsrailin Qəzzadan kənarda yerləşən və işğal altındakı İordan çayının qərb sahilindəki yaşayış massivlərinə basqınlarının davam etdirməsinə diqqət çəkilib.
Qeyd edilib ki, bugünki basqınlarda yenə də fələstinlilərin ev və digər əmlaklarına zərər vurulub: "Bununla yanaşı, daha 12 fələstinli səsbəbsiz saxlanılaraq aparılıblar".
Fələstinli Əsirlər Dərnəyindən bildirilib ki, İsrail hərbçiləri hazırda İordan çayının qərb sahilində Hebron, Nablus, Selfit, Qalqilya və Cenin bölgələrində özbaşınalıqlarını davam etdirirlər.
Tahir
MİA.AZ