Bu gün Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalanıb.
Mia.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf paylaşım edib.
O bildirib ki, saziş o və JBIC-nin rəhbəri Nobumitsu Hayaşi imzalayıblar: "Hayaşi ilə keçirilən görüşdə müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və enerji sektorunda dayanıqlılıq, dekarbonizasiya və innovasiya sahəsində təşəbbüslərin irəli aparılmasına yönəlib. Görüşün mühüm nəticəsi olaraq, ekoloji cəhətdən məsuliyyətli enerji həllərinə dəstək vermək öhdəliyimizi vurğulayan Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalanıb”.