Daha bir ölkə Rusiya qazından imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstriya hökumətinın başçısı Karl Nehammer açıqlama verib.

Açıqlamada Rusiyanın enerji şirkəti "Qazprom"un sabahdan etibarən ölkəyə təbii qaz tədarükünü kəsdikləri bəyan olunub.

Baş nazir qeyd edib ki, ölkənin bir il ərzində kifayət qədər təbii qaz ehtiyatı var: "Rusiya prezidenti Vladimir Putinin bizə qazla şantajına imkan verməyəcəyik. Əmin ola bilərsiniz ki, bu qış heç kim soyuqdan donmayacaq. Hər evdə istilik olacaq. Heç kəs belə problemlə qarşılaşmayacaq. Ehtiyat tədbirləri görülüb. Qaz anbarlarımız artıqlaması ilə doludur. Bu səbəbdən bu gündən Rusiya qazının alışını dayandırdıq. Deyim ki, bizim digər mənbələrdən də kifayət qədər qaz almaq imkanlarımız var".

 Avstriya mətbuatı yazır ki, qaz alışının dayandırılmasının arxasında duran səbəbin başında ölkəninən böyük neft-qaz şirkətinin "Qazprom"a qarşı qaldırdığı arbitraj iddiası dayanır. Şirkət Beynəlxalq Ticarət Palatasının (ICC) qaydaları çərçivəsində 2022-ci ildə "Qazprom"un Ukraynaya görə qazı tez-tez dayandırması səbəbindən hesabladığı maliyyə itkilərini əldə əsas tutaraq "Qazprom"u məhkəməyə verərək, 230 milyon avro təzminat qazanıb.

Lamiyə Əhmədli
MİA.AZ