Bakıda COP29 çərçivəsində bu gün ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışı olub.
Mia.az xəbər verir ki, mərasim energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilib.
O, mərkəzin regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqlim dəyişikliyi ilə mübarizəyə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.