Amerikalı milyarder İlon Mask yen prezident və dostu Donald Trampın istəyi ilə Tehran və Vaşinqton arasında danışıqlara başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İlon Mask bu məqsədlə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani və iki iranlı rəsmi ilə qapalı görüş keçirib.

“New York Times” qəzeti yazır ki, görüş Nyu Yorkda baş tutub və bir saatdan çox çəkib: "Görüşün müsbət şəraitdə keçməsi haqda informasiyalar var".

Qəzet yazır ki, iranlı rəsmilər əsasən sanksiyaların aardan qaldırlması və buna paralel nüvə danışıqlarının aparılmasını məqsədəuyğun sayıblar: "Onlar Maskdan “ABŞ Maliyyə Nazirliyindən İrana qarşı sanksiyalarını ləğv etməsi üçen səy göstərməyi xahiş ediblər. Əlavəı olunub ki, bu halda danışqlar daha etibarlı və arzolunan istiqamətdə sürətlənəcək...".

İranın BMT-dəki Daimi Nümayəndəliyindən qəzetə görüşlə bağlı heç bir şərh verməyəcəyini bildiriblər.

Donald Trampın sözçüsü Stiven Çeunq görüşlə bağlı sualı cavablandırıb: “Biz keçirilib-keçirilmədiyi dəqiq bilinməyən gizli görüşlərlə bağlı xəbərləri şərh etmirik”.

Trampın seçki kampaniyası zamanı sözçüsü olan  Karoline Leavitt isə görüşü nə təkzib, nə də təsdiqləyib: "Amerika xalqı Trampın dünyada sülhün təminatı üçün çalışacağını bilir".

Samir Musayev
MİA.AZ