Misir polisi ölkənin devirilmiş prezidenti Məhəmməd Mursinin kiçik oğlunu həbs edib.
Bu haqda Misir təhlükəsizlik xidmətinə istinadən "World Bulletin” xəbər yayıb.
"Abdulla Mursi Asuana gedən qatara minmək istəyərkən saxlanılıb", - deyə xəbərdə deyilir.
Qeyd edilir ki, axtarışda olmuş Misirin sabiq prezidentinin oğlu Abdulla Mursi Beni-Sueyf təhlükəsizlik idarəsinə aparılıb.
Daha əvvəl isə iyulun 2-də məlumat yayılmışdı ki, Abdulla Mursi narkotiklərin istifadəsi və saxlaması ittihamı ilə azadlıqdan məhrum edilib.(ans)