Ötən gün Rusiya Prezidenti Putinlə Ukraynadakı hərbi əməliyyatı müzakirə edın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamamış Co Bayden administrasiyasına açıq mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsraillə Hizbullah arasında atəşkəsə nail olmaq üçün səyləri artırmağı tələb edib.
Bu barədə İsrailin “Yedioth Ahronot” qəzeti yazıb. Qəzet ABŞ rəsmilərinə istaindla yazıb ki, Baydenin komandasından ona bu istiqamətdfə çalışmaların davam etdiyi haqda informasiya verilib: "Co Baydenin baş müşaviri Amos Hokşteyn atəşkəs üçün imkanların səfərbər olunduğunu bildirib. O, əminliyini ifadə edib ki, hər iki tərəf razılığa gələ və bir ildən artıqdır davam edən münaqişələrə son verə bilərlər..."
Xəbərdə o da deyilir ki, İsrail prezidenti İsaak Hersoq çərşənbə axşamı Ağ Evdə ABŞ prezidenti Bayden ilə telefonda müzakirə aparacaq.
Qeyd edək ki, Tramp Netanyahu ilə də telefonda bir neçə dəfə danışıb.
Onu da xatırladaq ki, ABŞ mtbuatında Putinlə Trampın telefon danışığının "ağır keçdiyi", hətta Trampın Rusiya liderini "ABŞ-ın Avropada çox böyük hərbi gücü var", - deyə, üstüöprtülü təhdid etdiyi haqda xəbərlər də tirajlanıb.
Lamiyə Əhmədli
MİA.AZ