“Flora xanımın səhhəti, vəziyyəti yaxşıdır. Biz sadəcə ildə iki dəfə onu həkim müayinəsindən keçiririk. Bu dəfə də müayinədən keçirtdik. Mən Londondayam, Yaqut xanım həmişə olduğu kimi onun qayğısını çəkir. Hər şey yaxşıdır. Bir az nasaz idi, soyuq olmuşdu. Belə bir problem yoxdur. Vallah, mən bilmirəm jurnalistlər niyə narahat olublar? Narahatlığa heç bir əsas yoxdur”
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva deyib.
Londonda yaşayan Zümrüd Şəfiyeva daha sonra anası üçün daim darıxdığını bildirib:
“Flora xanıma hər gün övladımla birgə video çəkib yollayıram. Bəzən gündə iki dəfə uşağın videosunu çəkib göndərirəm. Flora xanımı həmin videolar ovudur. Darıxmağını, bizim onun yanında olmamağımızı əvəz edir. Flora xanım təskinliyi belə tapır. Mən də təskinliyi onda tapıram ki, Yaqut xanım kimi ona nəvaziş göstərən var. Bir də Flora xanımın milyonlarla sevəni var. O sevgi üçün də bəslənir Flora xanım. Bu da mənim üçün böyük təskinlikdir. Mən düşünürəm ki, nə qədər Flora xanımın övladları ona əziz olsa da, biz o milyonları heç vaxt əvəz edə bilmərik. Flora xanım elə bir mühitdədir ki, o bizim üçün sevgiyə, hörmətə, sayğıya görə darıxır. Ona görə mən millətimə də minnətdarlığımı bildirmək istəyirəm ki, millət bir xalq olaraq Flora xanımı heç vaxt tək qoymayıb. Ona görə mən çox rahatam” deyə görkəmli sənətkarın qızı Zümrüd xanım deyib.
Flora Kərimovanın qızı: "Mən Londondayam, vallah, mən bilmirəm jurnalistlər niyə narahat olublar?"
DİGƏR XƏBƏRLƏR
2024-11-22 17:07
2024-11-22 15:15
2024-11-22 11:03
2024-11-21 18:15
2024-11-21 18:01
2024-11-21 13:06
2024-11-21 12:54