ABŞ-ın yenidən prezidenti seçilən Trampa savaşın tüğyan elədiyi Yaxın Şərq ölkələrindən də təbriklər "yağıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir ildən artıqdır müharibənin getdiyi Fələstin prezidenti Mahmud Abbas da ona təbrik ünvanlayanlardandır.

Mahmud Abbas təbrik məktubunda Trampa "bel bağladıqları"nı deyib: "ABŞ-ın Trampın rəhbərliyi altında Fələstin xalqının qanuni haqq və hüquqlarının dəstəkləyəcəyinə əminik".

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani Trampın vəzifəsinin icrasını səbirsizliklə gözlədiklərini gizlətməyib: "Sizinlə həm regionda, həm də qlobal miqyasda təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində birgə işləməyi səbirsizliklə gözləyirik"

Misir prezidenti Əbdülfəttah əs-Sisi də Trampın Ağ Evə qayıtmasını Yaxın Şərqə sülh gətirə biləcəyini açıq şəkildə bəyan edib: "Biz birlikdə sülhə nail olmağı, regional sabitliyi qorumağı, həmçinin dost xalqlar arasında əlaqələrin daha da inkişafı istiqamətində birə səyləri dördgözlə gözləyirk."

Səidiyyə Ərəbistanı, İoardaniya, BƏƏ və digər ölkələrdə Trampa təbrik ünvanlayıb. 

Lamiyə Əhmədli

MİA.AZ