"BRİKS-in gündəmində vahid valyuta məsələsi yoxdur".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, BRİKS çərçivəsində vahid valyutanın yaradılması hazırda mümkün də deyil: "Bilirsiniz ki, Kazanda keçirilən BRİKS Liderlər Zirvə Toplantısı çox məhsuldar keçdi. Çox sayda qonaqla çox mühüm danışıqlar aparıldı, mühüm nəticələr əldə edildi. Bu, həm ölkəmiz, həm də BRİKS-də maraqlı olan bütün ölkələr üçün keçərlidir.Əlbəttə, bizim əsas gündəmimiz orada maliyyə və iqtisadiyyat sahəsində əməkdaşlığın daha da gücləndirilməsi idi. Lakin bu əməkdşalıq vahid valyutanın yaradılmasını nəzərdə tutmur. Ümumiyyətlə, o toplantıda belə müzakirə də olmadı. Çünki ölkələrin çoxu alternativ ödəniş sisteminin qurulmasına da hazır deyil".

Peskov onu da bildirib ki, vahid ödəniş valyutası və sistemi üçün bir çox ölkələr çox iş görməlidir.

Zülfiyyə Mustafayeva
MİA.AZ