Donald Trampın seçkilərdə qalib gəldiyini elan etdikdən sonra Ukraynadakı müharibəni bitirəcəyi ilə bağlı açıqlamasına rəsmi Moskvadan şərh gecikməyib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu və ya digər məqamlarla bağlı Moskvada jurnalistlərə açıqlama verib.
O, seçkilərin ABŞ-ın daxili işi olduğunu deyərək, ABŞ-dakı informasiya axınını diqqətlə izlədiklərini gizlətməyib:
"Bütün məlumatları, sözsüz ki, təhlil edirik. Trampın Ukraynadakı müharibəni bitirəcəyi ilə bağlı açıqlamasından da məlumatlıyıq. Ancaq biz fərziyyələrə əsaslanaraq mühakimə yürütmürük. Unutmayaq ki, qələbədən sonra "Oval Ofis"ə (Ağ ev) girənlər adətən fərqli açıqlama verirlər. Ona görə də deyirik ki, biz hər şeyi diqqətlə təhlil edirik, hər şeyi müşahidə edirik, konkret sözlərə, addımlara söykənərək nəticə çıxarırıq".
Rusiya prezidenti Vladimir Putinin Trampı təbrik edib-etməyəcəyi haqda suala isə Peskov belə cavab verib: “Unutmayaq ki, dövlətimizə qarşı birbaşa və dolayı yolla döyüşə girmiş dost olmayan bir ölkədən danışırıq. O səbəbdən, həm təbrik, həm də Trampla telefon danışığına hazır olub-olmaması ilə bağlı suala, təbii ki, yalız cənab prezidentin özü cavab verə bilər. Birdəki bu suala cavabı bizdən soruşmaq lazım deyil. Putinin təmaslara və dialoqa açıq olduğunu xatırlatmaq istəyirəm. Bu, bizim dəyişməz münasibətimizdir, bunu dünya bilir. Yəni, qarşı tərəfdən çox şey aslıdır. Ona görə, gəlin tələsməyək, konkret addımlar gözləyək”.
Rusiya-ABŞ münasibətlərinin çox pis səviyyədə olduğunu xatırladan Peskov əlavə eidb k, bundan da pisini gözləmirlər.
Zülfiyyə Mustafayeva
MİA.AZ