İsrail dünən axşam saatlarında Livanın paytaxtı Beyrutun cənubundakı Barca bölgəsini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum nəticəsində 30 nəfər həlak olub.

Livanın rəsmi agentliyi olan NNA bildirib ki, həlak olanların meyitlərinin çoxu bomba zərbəsindən parçalanıb.

Livan Mülki Müdafiə rəsmisi Husam Dahruc deyib ki, 17 nəfər meyiti dağıntılar altından çıxarılıb: "Dağıntılar altında hələ də çata bilmədiyimiz insanlar var”.

Xəbərdə deyilir ki, son 24 saat ərzində İsrail Livana 78 hava zərbəsi endirib.

Samir Musayev

MİA.AZ