Cənubi Koreyada bir çox nazirliyin internet saytlarına kiberhücum edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Müdafiə Nazirliyi başda olmaqla, Ətraf Mühit Nazirliyi və digər qurumların internet resurslarına fasiləsiz hücumların qarşısını çətinliklə alıblar.
Xəbərdə deyilir ki, bəzi nazirliklər hücumdan yayınmaq üçün serverlərini qapatmaq məcburiyyətində qalıblar.
Cənubi Koreya İnformasiya Resursları Xidmətinin rəsmisi deyib ki, artıq hücumlar artıq bitmiş kimi görünür: "Amma tam bitmədiyi üçün işimizi davam etdirəcəyik. Artıq hücum edilən İP ünvanlarının moxu bloklanıb".
Samir Musayev
MİA.AZ