Xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci iclasında çıxış edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət kimi sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.
O, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüslərindən danışıb.