Danimarkanın ifrat sağçı siyasətçi Rasmus Paludan həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Rasmus Paludan 2022-ci ildə İsveçin Malmö şəhərində Quranı yandırmaqda və müsəlmanları təhqir etməkdə ittiham olunub.

Malmö məhkəməsi onu bu itiham üzrə təqsirli bilərək 4 ay müddətinə həbs cəzasına məhkum edib.

Xəbərdə deyilir ki, Paludan bu gün keçirilən məhkəməyə qatılmayıb.

İsveç dövlət televiziyası SVT-yə danışan Paludan qərara etiraz edəcəyini deyib: "Təbii ki, bu hökmlə razılaşa bilmərəm. Yuxarı məhkəmə istansiyasına şiakyət edəcəyəm".

Zülfiyyə Mustafayeva

MİA.AZ