"Qərb dövlətlərinin Ukraynada münaqişəni davam etdirmək səyləri səhv yanaşmadır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Aərbaycan, İsrail, Ermənistan və bəzi Avropa ölkələrinin də olduğu 28 ölkənin səfirlərini etimadnamələrini qəbul edərkən deyib.

Putin deyib ki, dünyada ədalətli siyasi və qlobal iqtisadi əlaqələr sistemi qurulmalıdır: "Rusiya belə sistemin tərəfdarıdır. Biz çoxqütblü dünya nizamının qurulmasını vacib sayır. Təəssüf ki, bəzi Qərb ölkələri fərqli davranır. Biz bunu Ukraynadakı vəziyyətdə də görürük. Rusiya həm müharibəyədək, həm də müharibə başlayandan sonra da Ukrayna ilə danışıqlara açıqdır. Lakin Ukrayna hər dəfə danışıqlardan yayınıb. Bəzi Qərb dövlətlərinin Ukraynada münaqişələri davam etdirmək, gərginliyi artırmaq, ölkəmizi strateji məğlubiyyətə uğratmaq siyasəti yanlışdır. Bu cür yalnış hesablamaları ancaq bilməyən insanlar edə bilər. Onlar Rusiyanın tarixini və onun keçdiyi yolu, xalqını tanımırlar".

Putin Yaxın Şərqdəki vəziyyətdən də söz açıb: "Rusiya Fələstin və İsrail arasındakı problemin Yaxın Şərqdə böyük müharibəyə çevrilməsinin qarşısını almaq üçün səy göstərir. Əminik ki, müvafiq tərəfləri kompromisə gətirmək və problemin davamlı və uzunmüddətli həllini tapmaq beynəlxalq hüquq əsasında mümkündür. Regionda sülh bərpa oluna bilər. Təbii ki, BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq iki dövlətlə həll modeli bölgədə sülhin daimi təminatıdır"

Azərbaycan səfiri ilə görüşdə isə Putin Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. O, tərəflər arasında münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün əllərindən gələni etdiklərini xüsusi vurğulayıb: "İki ölkə arasında sülh razılaşmasının əldə olunması, sərhədlərin müəyyən edilməsi, iqtisadiyyat və nəqliyyat əlaqələrinə maneələrin aradan qaldırılması istiqamətində dəstəyimiz davam edəcək".

Samir Musayev

MİA.AZ