Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin (İH) sədr müavini seçilib.
Mia.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Bildirilib ki, bu vəzifə 3 illikdir və müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti 3 il ərzində sədr vəzifəsinin icrası başlayır.