İran Almaniya ilə diplomatik böhrana səbəb olan Şarmehdin edamdan əvvəl öldüyünü iddia etməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dAli Məhkəməsinin sözçüsü Əsgər Cihangir açıqlama verib.

O, daha əvvəl terrora görə edam edildiyi elan olunan  İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarmehdi ahqda məlumatı qismən təkzib etməklə, ölkəsini vəziyyətdən çıxarmağa cəhd edib.

Sözçü əvvəlcə siyasi gediş edəərk, ölkəsində məhkəmə sisteminin müstəil olduğunu iddia edərək, bildirib ki, heç bir qüvvə İOrana təsir edə bilməz: "İranda terror aktları törətməkdə təqsirli bilinən İran-Almaniya vətəndaşı Şarmehdin edamına gəldikdə isə, Cəmşid Şarmehd terrorçu idi. Terror aktlarına görə İran məhkəməsi onu iranlı kimi mühakimə etdi, edama hazırlandı. Ancaq o, edamdan əvəvl dünyasını dəyişdi deyə . hökmün icrası həyata keçirilmədi...”.

Mətbuat katibi Şarmehdin necə öldüyü barədə başqa bir açıqlama verməyib.

Xatırladaq ki, 2008-də Şirazda terror aktı və təxribat aksiyalarında ittiham olunan Şarmehd ötən il Qətərdə tutularaq İrana aparılıb. Şarmehd 2023-cü il fevralın 21-də ölüm cəzasına məhkum edilib. Oktyabrın 28-də Ali Məhkəmədə onun barəsində qərar təsdiqləndikdən sonra edam edildiyi açıqlanmışdı. Bundan dərhal sonra isə Almaniyanın xarici işlər naziri Annalena Baerbok İranı hədələməklə yanaşı, ölkəsindəki 3 İran konsulluğunu qapatmışdı.

Samir Musayev

MİA.AZ