Xəbər verdiyimiz kimi, Rusiyanın Cənub Dairəsi Qvardiyasının komandir müavini, əslən azərbaycanlı olan general mayor Mirzə Mirzəyev həbs edilib.
Məlumata görə, Mais oğlu Mirzə Mirzəyev 26 may 1972-ci ildə Stavropolda anadan olub.
2006-cı ildə Sankt-Peterburqda Hərbi Logistika və Nəqliyyat Akademiyasını bitirib. O, Stavropol diyarında Budyonnovsk Dumasına namizədliyini də irəli sürmüşdü.
Məlumatlara görə, Mirzəyev Rusiya Qvardiyasının “ən zəngin” generallarından biri olub. Milyonlarla rubl dəyərində bahalı avtomobilləri və əmlakları var. Ona qarşı irəli sürülən ittiham isə rüşvət tələbidir. General, modul təchizatçısından 140 milyon rubl tələb edib, əks halda, 480 milyonluq müqaviləni ləğv edəcəyi ilə təhdid edib.
Şirkət ona məbləği köçürdükdən sonra Mirzəyev həbs olunub.
Vəkilləri ev dustaqlığı tələb etsələr də, məhkəmə Mirzəyevin istintaq təcridxanasına göndərilməsinə qərar verib. General 2025-ci il yanvarın 2-dək həbsdə qalacaq(Metbuat.az).
MİA.AZ