Çində gənclərin çoxu artıq ailə qurmaq istəmir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin hökumətinin ötən gün açıqladığı rəsmi statistikadakı məlumatlarda qeyd olunub.
Statistikaya görə, son 10 ildə ölkədə evlənənlərin sayı yarıbayarı azalıb: "Ölkə böhranlı 1980-ci ildən bəri belə ən aşağı faktla üz-üzə qalıb...".
Məlumata görə, 2024-cü ilin ilk üç rübündə Çində 4,74 milyon cütlük evlənib: "Bu, keçən ilin eyni dövrü ilə müqayisədə azdır. Qeyd olunan ötəndövrdə evlənənlərin sayı 5,69 milyon nəfər idi. bu isə o deməkdir ki, ötənillə müqayisədə bu il evlənənlərin sayı daha 16,6 faiz azalıb".
Hesabatda deyilir ki, 2013-cü ildə 13 milyon nikah faktı rəsmiləşsə də, bu rəqəm 2022-ci ildə 6,83 milyona enib: "2024-cü ilin sonuna isə bu rəqəm daha da enəcək. Bu faktlar ölkənin gələcəyini təhdid edir".
Xəbərdə o da deyilir ki, evliliyin azalması ilə yanaşı, yeni ailə qurunalrın mütləq əksəryyəti də bir uşaqdan artıq uşaq sahibi olmaq istəmir.
Lamiyə Əhmədli
MİA.AZ