İsrail ordusu Qəzza zolağını ötən gecə yenidən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayyıb.

Agentlik qeyd edib ki, gecə boyu davam edən bombalamada aralarında qadın və uşaqların da olduğu ümummilikdə 29 fələstinli həyatı ilə vidalaşıb: "Beyt Lahiya, Deyr əl-Belah, əl-Zəveydə və Xan Yunisdəki köçkünlərin ev və çadırlarınə zərbə endirən İsrail ordusu təkcə Beyt Lahiyyədə bir evdə 20 nəəfrin ölümünə səbəb olub. Deyr əl-Bələhdə çadıra atılan raket nəticəsində 2 nəfər, Əz-Zəvayidə bölgəsində 4, Xan Yunus şəhərində hücumda 3 fələstinli həlak olub".

Tahir Şəlvəli

MİA.AZ