Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MiQ-29 qırıcı təyyarəsi qəzaya uğryaıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Uttar Pradeş ştatında təlim zamanı baş verib.
Məlumata görə, pilot qəza anında özünü xilas edib.
Xəbərdə deyilir ki, hadisə təyyarəinin matorunda yaranan qəzadan qaynaqlanıb: "Təyyarə boş sahəyə çırpıldıqdan sonra yanıb. Hadisə zamanı can itkisi və yaralanan olmayıb".
Tahir Şəlvəli
MİA.AZ