"İsrail bütün atəşkəs təkliflərini rədd edib. Biz beynəlxalq ictimaiyyəti dərhal hərəkətlənərək, İsrailin təcavüzünü dayandırmağa çağırırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Livan hökumətiin yaydığı bəyanatda yer alıb.

Bəyanatda Livanın baş naziri Nəcib Mikati bildirib ki, Livan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinə sadiq olmaqla, "Hizbulah"ın cənubdan tam geri çəkilərək, yerini Livan ordusunu buraxmasına hazır olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, İsrail ABŞ liderliyində irəli sürülən atəşkəs paketini yenə rədd eləyib: "Artıq İsrail atəşkəslə bağlı bütün çağırış və tələblərə qulaqlarını tıxayıb və bu məsələdə beynəlxalq güclər də aciz qalıb. Hətta İsrail bir qədər də irəli gedərək, Livanın milli kimliyini məhv etmək niyyəti ilə yanaşı, tarixi arxeoloji obyektləri belə vurnağa başlayıb. Bu, yolverilməzdir, qarşısı alınmalıdır. BMT TŞ üzərində düşəni etməlidir...".

Hökumətin ordunu gücləndirməyə qərar verdiyini vurğulayan Baş nazir bildlrib ki, İsrailin bomçbardmanı ilə bağlı hazırlanan hesabat VMT TŞ v Ərəb Liqasına təqdim olunub: "Bu qurumlar təkcə milli kimliyimizin bir parçası deyil, həm də qlobal tarix üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi sərvətlərin qorunması üçün tez və qətiyyətlə tədbirlər görülməlidir. Bu yerlərin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək üçün birgə fəaliyyət göstərməyimiz zəruridir...".

Samir Musayev
MİA.AZ