Bu gün Brent markalı neftin qiyməti 2 faiz bahalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Bakı vaxtilə saat 10.42-yəolan məlumata görə, "Brent" markalı neft hazırda əvvəlki günlə müqayisədə 2 faiz bahalaşaraq 74.34 dollara satılır.

Bundan əlavə, "West Texas Intermediate" (WTI) markalı xam neftin bir barreli isə 70,59 dollara qalxıb.

Xəbərdə deyilir ki, qiymət artımına OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə açıqlamaları, Yaxın Şərqdəki durum və ABŞ-dakı seçkilər qismən təsir edib.

Samir Musayev
MİA.AZ