İstanbulun Esenyurt Bələdiyyəsinin sədrinin PKK-ya gizli dəstək ittihamı ilə həbsindən sonra yerinə "qəyyum təyinatı"nın səs-küyü bitməmiş daha 3 bələdiyyə sədri haqda oxşar qərar qəbul olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Daxili işlər naziri Ali Yerlikayanın əmri ilə Mardinin Böyükşəhər, Batman və Halfeti bələdiyyə sədrləri PKK terror təşkilatı ilə bağlı aparılan istintaqı çərçivəsində vəzifələrindən uzaqlaşdırılıb. 

Məlumata görə, digər əmrlə Batman Bələdiyyə sədri Gülistan Sönükun yerinə vali Əkrəm Canalp, Mardində isə Əhməd Türkün yerinə Mardin valisi Tuncay Akkoy, Şanlıurfanın Halfeti bələdiyyəsinin sədri vəzifəsinə isə Halfeti Kaymakamı Hakan Başoğlu qəyyum tıəyin edilib.

Onu da qeyd edək ki, adıçəkilənlərdən Əhmət Türk bior neçə il əvvəl ləğv edilmiş partiya olan HDP-nin həmsdəri sədri olub.

Onların vəzifələrindən uzaqlaşdırılma səbəbini isə Daxili İşlər Nazirliyi aşağıdakı bəyanatda açıqlayıb.

Firudin Səfərli

MİA.AZ