Boliviyanın Koçabamba şəhərində silahlı qiyam başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Koçabamba şəhəri yaxınlığındakı hərbi kazarmaya hücum edən silahlı dəstə oranı ələ keçirib.

Məlumata görə, hücum zamanı ölən və yaralana haqda məlumat verilməsə də, hərbi bazada olan 200 əsgər təslim olubr: "Onların hamısı qiyamçılar tərəfindən girov götürülüb".

Boliviya ordusu faktı təsdiqləyib. Qeyd edilib ki, qiyamçılar hərbi hissədə olan bütün silah və sursata da sahiblənib: "Bu, çox təhlükəli vəziyyətdir. Onlar çoxlu silah götürüblər. Qiyamçılara səslənir və onlardan silahları təhvil verməyə, girovları azad etməyə və bazanı dərhal tərk etməyə çağırırıq. Biz bu məsələni dinc yolla həll edə bilərik. Əks halda, ölkəyə xəyanətin çox ağır əvəzi olacaq".

Boliviya Xarici İşlər Nazirliyi hadisə barədə bəyanat yayyıb. Bəyanatda qiyamçıların keçmiş prezident Evo Moralesə bağlı olduğu iddia olunub.

Xatırladaq ki, Morales oktyabrın 28-də yolda silahla hücuma məruz qalsa da, o, yaralanmadan hadisə yerindən ayrılıb. Hücuma görə Boliviya prezidenti Arceni günahlandıran Morales deyib ki, o, tarixin ən pis prezidenti kimi tanınacaq: "Keçmiş prezidenti güllətləmək artıq son nöqtədir".

Hadisədən sonra Morales tərəfdarları kütləvi aksiyalara başlayıb, onlar ölkənin mərkəzində yolları bağlayıb.

Polis aksiaya müdaxilə edib, üstəlik yüzlərlə etirazçıya cinayət işi açılıb.Bununla belə ölkədə gərginlik daha da böyüyüb.

Samir Musayev
MİA.AZ