Vahid TAĞIYEV
***
COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransıdır. Bu tədbirə ev sahibliyi üçün Azərbaycanın seçilməsi ölkəmizə bir dəyər, nüfuz və şərəfdir. İqlim dəyişikliklərinə qarşı dünyavi problemin ölkəmizdə müzakirəsi beynəlxalq bir etimaddır. Azərbaycanın aparıcı roluna və çoxşaxəli fəaliyyətinə hörmət əlamətidir.
Azərbaycan tədbirin keçirildiyi məkan kimi öz üzərinə düşən təşkilati, hazırlıq işlərini ən yüksək səviyyədə, mükəmməl şəkildə yerinə yetirib.
Konfransda 100- ən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. Hansı ölkənin iştirakı, kimin gəlib, gəlməyəcəyi Azərbaycanın problemi deyil. Bu kimi məsələlər BMT- yə aiddir, yaxud dünyanın beynəlxalq problemlərinə ölkələrin münasibətidir.
Bu sadə həqiqəti anlamayanların əks fikirləri məntiqsiz və mənasızdır.
Mia.az