Ankara Böyükşəhər Bələdiyyəsinin Türkiyənin Cumhuriyət günü ilə bağlı 29 oktyabrda təşkil elədiyi bayram konsertində oxuyan məşhur müğənni Ebru Gündeşə ödədiyi böyük məbləğdə pul nəinki rəqib düşərgədə, elə təmsil olunduğu CHP-də də müzakirələrə yol açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iqtidar partiyası AK Partiya mənsubları CHP-li bələdiyyə sədrlərini xalqın pulunu müğənnilərə xərcləmək və talan etməkdə suçlayırlar.

CHP liderri Özgür Özəl də Ankara Böyükşəhər Bələdiyyəsinin 29 oktyabr tədbiri ilə bağlı təşkil olunan Ebru Gündeşin konsertinə 69 milyon lirə (təxminən 3 milyon 417 min manat - Mia.az) ödənilməsini qəbuledilməz sayıb: "Unutmayaq, Ebru Gündeş hə də ABŞ-da qamaqmalçılıq ittihamı ilə həbs edilmiş Rza Zərrabın keçmiş həyat yoldaşıdır. Ona görə də bu konsert olmamalı idi...".

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş artan narazılıqla bağlı deyib ki, məsələni daxili audit bölməsi araşdırır: "Bu rəqəm bir konsert üçün deyil, 29 oktyabr bayramı ilə bağlı bütün tədbirləri əhatə edib..."

Ankara Böyükşəhər Bələdiyyəsinin iddialarla bağlı açıqlamasını aşağıda olduğu kimi təqdim edirik:

Ləman

MİA.AZ