İsrail ordusu Qəzza ilə yanaşı, Livana da hücumlarını davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son hücumda daha 18 "Hizbullahçı" öldürülüb.
Livan Səhiyyə Nazirliyindən verilən məlumata görə, 83 nəfər isə yaralanıb: "Bununla da savaş başlayandan bəri ölənlərin 2986 nəfərə çatıb".
Digər xəbərdə bildirilir ki, İsrailin hücumun intesviliyi artdıqca, ölkənin cənubundan köç dalğası böyüyüb: "Təkcə Suriyaya son bir ayda 540 minə yaxın insan qaçıb..."
Tahir Şəlvəli
MİA.AZ