İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatlarını davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi növbəti məlumat açıqlayıb.
Dərnəkdən bildirilib ki, İsrail hərbçiləri son 24 saatda müxtəlif bölgələrdə reydlər keçirib: "Bu gün səhərdən Ramallah, Nablus, Hebron, Selfit və Tubasa basqınlarda biri uşaq olmaqla daha 16 fələstinli mülki şəxs qandallanıb. Bununla yanaşı, İsrail qüvvələri saxlanılanların evlərini dağıdıb, ailələrini hədələyib".
Xəbərdə o da deyilir ki, son bir ildə İordan çayının qərb sahili və Şərqi Qüdsdə 115500 nəfərdən çox mülki şəxs saxlanılıb.
Tahir Şəlvəli
MİA.AZ