395 gündür müharibənin davam etdiyi Qəzzada ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi son məlumatı açıqlayıb.

Qeyd edilib ki, son 24 saatda İsrail ordusu müxtəlif bölgələrə ağır zərbələr endirib: "Nəticədə daha 27 nəfər həyatını itirib, 86 nəfər isə yaralanıb. Bununla da Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bəri ölənlərin sayı 43341-ə, yaralıların sayı isə 102105-ə yüksəlib".

Tahir Şəlvəli
MİA.AZ