Bu gün Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının girişindəki dam örtüyü uçub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində 13 nəfər hadisə yerində həyatını itirib.
Məlumata görə, 4 nəfər isə ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Serbiyanın baş naziri Miloş Vuçeviç və daxili işlər naziri İvitsa Daçiç qatar stansiyasının olduğu yerə gəlib, vəziyyətlə yerində tanış olub, tapşırıqlar veriblər.
Baş nazir binanın 1964-cü ildə inşa edildiyini qeyd edib: "Hadisə ətraflı araşdırılacaq, səhlənakarlıq edənlər cavab verəcək".
Serbiya prezidenti Aleksandr Vuçiç də hadisə yerinə gələrək nazirlərdən məlumat alıb.
Daha sonra noyabrın 2-ni ümummilli matəm günü elan edilib.
Zülfiyyə Mustafayeva
MİA.AZ