Almaniyanın nəhəng avtomobil şirkətlərindən sayılan "Volkswagen" böhranlı vəziyyətlə üz-üzə qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  "Volkswagen Group" son illərdə rentabelliyin sürətl aşağı düşməsi səbəbindən üç zavodunu bağlamağa hazırlaşır.

Məlumata görə, bununa yanaşı, şirkət minlərlə işçini ixtisra salacaq: "Belə bir qərar verməsi zərərin sürətə böyüməsindən qaynaqlanır. Diqqət edin, "Volkswagen"in mənfəəti üçüncü rübdə əvvəlki rüblə müqayisədə 41.7 faiz azalıb. Bu, artıq böhranın təsdiqi, bəlkə də iflasın qapıda olması deməkdir".

Samir Musayev

MİA.AZ