İsrailin Qəzzaya hücmundan 392 gün ötür. Bu müddətdə hər gün onlarla mülki şəxs həatı ilə vidalaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi son itkilərlə bağlı statistik məlumatları açıqlayıb.
Bildirilib ki, son 24 saatda Qəzzada daha 55 nəfər həyatını itirib, 186 nəfər isə yaralanıb: "Bununla da 7 oktyabr 2023-cü ildən Qəzza zolağında ölənlərin sayı 43259-a, yaralıların sayı isə 101827-yə çatıb".
Xəbərdə o da deyilir ki, dağıntılar altında hələ də 10 mindən çox cəsəd qalıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ