İsrail ordusu Livanın şərqindəki Baalbek şəhəri və ətraf qəsəbələrə güclü zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 11 dinc sakin həyatları ilə vidalaşıb.

Livanın rəsmi xəbər agentliyi NNA yazıb ki, İsrail döyüş təyyarələrinin Baalbekə və türkmənlərin məskunlaşdığı yaxınlıqdakı Makne və Duris qəsəbələrinə hücumda bir ailə tamamilə yox edilib: "Baalbek bölgəsinin Buday qəsəbəsində bombalanan bir evdə 4 nəfərlik bir ailə həlak olub".

Zülfiyyə Mustafayeva

MİA.AZ