ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində artıq indiyədək 65 milyondan çox seçici erkən səs verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlardan 34 milyondan çoxu şəxsən məntəqəyə gedərək, səs verib, təxminən 31 milyon amerikalı isə poçt vasitəsilə səsverməyə qatılıb.
Xəbərdə deyilir ki, 244 milyon seçicinin olduğu ABŞ-da 2020-ci il prezident seçkilərində 66,6 faizlik rekord fəallıq qeydə alınıb: "O seçkidə 159 milyona yaxın insan səs verib...".
Məlumata görə, bir çox ştatlarda erkən səsvermə seçki gününə qədər davam etsə də, nəticələr noyabrın 5-də verilən səslərlə birlikdə elan olunaraq hesablanacaq.
Qeyd edək ki, seçkidə sabiq prezident Trampla hazırkı vitse-prezident Kamala Harris mübarizə aparırlar.
Zülfiyyə Mustafayeva
MİA.AZ