ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Respublikaçı namizəd Donald Trampın “istəsələr də, istəməsələr də qadınları qoruyacağam” açıqlamasını “təhqiredici” ayıb.

Mia.az "CBS News"a istinadla xəbər verir ki, Harris Arizona ştatında keçirilən mitinqdə Trampın istifadə etdiyi bu ifadədni qəbuledilməz sayıb.

Harris sabiq prezident, hazırkı rəqibinin zorlama ittihamı ilə mühakimə olunmasına diqqəti çəkərək, onun heç vaxt qadın hüququna hörmət etmədiyini bəyan edib: "O, indi də qadınların azadlığına və zəkasına hörmət etmir. etsəydi, belə fikir səsləndirməzidi. qadınlarımız özləri üçün nəyin daha yaxşı olduğunu bilir və qərar verirlər. Biz ölkəmizin qadınlarına inanırıq. Onları belə yalan və təhqiredici ididialarla qorxuitmaq və aldatmaq mümkün deyil"

Xatırladaq ki, Tramp ötən mitinqində Co Bayden və vitse-prezidenti ölkəyə "cinayətkar mühacirlər" idxal etməkdə ittiham edib: "Bu adamlar indi mənim ölkəmdə qadın və qızlara təcavüz edir, onları öldürürlər. Mən söz verirəm, istəsələr də, istəməsələr də qadınları onalradan da qoruyacağam”.

Zülfiyyə

MİA.AZ