Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Prezident Salome Zurabişvilini onu əfv etməyə çağırıb.

Məlumata görə, eks-prezident bu barədə sosial şəbəkədə yazıb.

“Mən Prezident Salome Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm və onun təxribata getməməsi və Rusiya prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Diqqətimi çəkən bir məsələ də budur ki, xanım Salome də Medvedevin hədəsindən yaxa qurtara bilməyib. Amma ədalət onu da tələb edir ki, Moskvanın göstərişləri nəticəsində mən üç ildən artıqdır qondarma ittihamlarla həbsdəyəm və bu ədalətsizliyi aradan qaldıra biləcək Prezident Zurabişvilinin bu qeyri-qanuni həbsə görə tarixi məsuliyyət daşımasını istəmirəm. Bəs cəmiyyət bu barədə nə düşünür?”, - Saakaşvili vurğulayıb9Teleqraf).