Azərbaycan Mərkəzi Bankı (AMB) bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 81,4 ABŞ dolları, gələn il isə 79,2 ABŞ dolları olacağını proqnozlaşdırır.
Mia.az xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında deyib.
"Təbii qazın isə 1 000 kubmetrinin orta qiymətinin bu il 290 ABŞ dolları, gələn il isə 340 ABŞ dolları olacağını gözləyirik", - deyə o qeyd edib.
Qeyd edək ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 ABŞ dolları təşkil edib(Report).