Türkiyənin 11 şəhərində PKK-ya qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, Jandarma Komandanlığı Şırnak, Mardin, Elazığ, Hatay, Muş, Siirt, Tunceli, Iğdır, Bingöl, Bitlis və Hakkaridə uğurlu reydlər keçirib: "Nəticədə ümumilikdə 37 mağara və sığınacaqlarda terrorçuların gizlətdikləri partlayıcılar, o cümlədən müxtəlif silah və sursatlar aşkarlanıb. Əməliyyatlar zamanı 661 kiloqram partlayıcı maddə, 4 ədəd M79 tank əleyhinə tank əleyhinə sursat, 3 ədəd RPG-7 reaktiv yaylım atəşi, 3 ədəd PKM pulemyotu, 4 ədəd Draqunov snayper tüfəngi, 12 ədəd Kalaşnikov avtomatı, 105 ədəd əl qumbarası, Raketatıcı sursat, 25 artilleriya, minaatan və qumbaraatan və sair sursatlar götürülüb".

Nazir bəyan edib ki, gecə-gündüz fasiləsiz əməliyyatlar davam etdiriləcək: "Terrorçulara göz açdırmayacağıq".

Firudin Səfərli

MİA.AZ