Mərkəzi Bankın İdarə Heyətinə təyin olunacaq yeni üzvlərin adları bəlli olub.
Mia.az xəbər verir ki, qarşıdakı həftədə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilən “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” qanun layihəsinə əsasən, aşağıdakı şəxslər Mərkəzi Bankda yeni vəzifələrə təyinat alacaqlar:
- Toğrul Əliyev,
- Gülər Paşayeva,
- Əli Əhmədov
- Vüsal Xəlilov
Bununla yanaşı, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən də azad ediləcək.
Xatırladaq ki, Rəşad Orucov 2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin sərəncamı ilə Mərkəzi Bank sədrinin birinci müavini təyin olunmuşdu. O, 2000-ci ildən Mərkəzi Bankda müxtəlif vəzifələrdə işləyib. R.Orucovun vəzifədən azad olunması haqda maraqlı iddialar var.
Mövzuya qayıdacağıq.
Samir
MİA.AZ