Birləşmiş Millətlər Təşkilatı (BMT) 5 gün əvvəl Qəzzanın şimalındakı Kemal Advan xəstəxanasına göndərdiləri tibbi ləvazimatların məhv edildiyini bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı bəyanatı BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında verib.

O bildirb ki, Qəzzanın şimalında 300 mindən çox insanın mühasirəsi hələ də davam edir: "Həmin mühasirə qalan 300 mindən çox insan üçün 5 gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Humanitar İşlərin Koordinasiya Ofisi (OCHA) tərəfindən Kemal Advan Xəstəxanasına tibbi ləvazimatların çatdırılamsı təmin olundu. Lakin həmin tibbi ləvazimat və dərman preperatlarından yararlanmağa imkan verilməyib. İsrail qüvvələri onları bombalayaraq məhv edib...."

BMT rəsmisi deyib ki, bombalanmadan sonra xəstəxana yararsız hala düşüb: "Həkiimlər dağıntı altında orada xidmət göstərməyə çalışırlar...."

Firudin Səfərli

MİA.AZ