"Barselona" 21 yaşlı ulduz futbolçusu Fermin Lopezlə müqavilənin müddətini uzadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub 2028/2029 mövsümünün sonuna qədər uzatdığı müqaviləyə yeni maddə daxil edib.
İspaniya mətbuatı yazır ki, yeni maddəyə əsasən, 21 yaşlı futbolçunun sərbəst qalma məbləği 500 milyon avro müəyyən olunub: "Əgər müqavilə bitənə qədər onu hansısa klub transfer etmək istəsə, bunun üçün 500 milyon avro ödəməlidir. əks halda oyunçu "Barselona"dan ayrıla bilməz".
Xatırladaq ki, 2016-cı ildə "Barselona"nın gənclər komandasında forma geyinən Fermin Lopez İspaniyanın Avropa çempionu heyətində yer alıb. O, ötən mövsüm "Barselona"nın heyətində 42 matçda 11 qol vurub. Bu mövsüm isə "Barselona" ilə 6 matçda hələlk qol vura bilməyib.
Fərid Aslan
MİA.AZ