Bu gün “Qızıl top” mükafatının sahibi seçilib.

Mia.az xəbər verir ki, bu dəfə "qızıl top"a "Mançester Siti"nin futbolçusu Rodri sahiblənib.

Xatırladaq ki, Rodri İspaniya ilə AVRO-2024-ün və “Mançester Siti” ilə İngiltərədə liqa çempionu olub.

Səsvermədə ikinci yeri “Real Madrid”dən Vinisius Junior tutub. Çempionlar Liqası və La Liqanın qalibi olan futbolçu mərasimə qatılmayıb..

Fərid Aslan

MİA.AZ