Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə bu gün səfər edən Seneqal Prezidenti Beşir Cuma Fayı rəsmi mərasimlə qarşılayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, süvarilər Fayın xidməti avtomobilini Prezident Kompleksinin qarşısındakı küçədə qarşılayıb və nəqliyyat vasitəsini protokol qapısına qədər müşayiət ediblər.
Ərdoğan və Fay mərasim sahəsində yerlərini aldıqdan sonra qrup iki ölkənin dövlət himnlərini səsləndirib.
Mərasimdə tarixdə qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də nümayiş etdirilib, 21 top atılıb.
Məlumata görə, liderlər İkitərəfli və heyətlərarası görüşlərdən sonra mətbuat konfransı keçirəcəklər.
Onu da qeyd edək ki, mərasimdə xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, prezidentin şəxsi katibi Həsən Doğan, Prezident Administrasiyasının rəhbəri Hakkı Susmaz, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyənin Dakar səfiri Nur Sağman və Ankara valisi Vasip Şahin də iştirak ediblər.
Lamiyə Əhmədli
MİA.AZ